Dünya çempionatlarının keçiriləcəyi ölkələr rəsmən təsdiqləndi

Oxunma sayı: 40
11-12-2024, 21:37

Dünya çempionatlarının keçiriləcəyi ölkələr rəsmən təsdiqləndi
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.



Arasdırma.info xəbər verir ki, bu barədə qərar FIFA-nın Növbədənkənar Konqresində qəbul edilib.

Əvvəlcədən məlum olduğu kimi 2030-ci ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.

2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması qərarı qəbul edilib.

2030-cu ildə mundiallar tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq yarışa 6 ölkə ev sahibliyi edəcək.

Qeyd edək ki, turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada reallaşacaq.//manşet.az

Paylaş
Xəbər lentİ