Qarabağ məğlub oldu.VİDEO

Oxunma sayı: 37
24-01-2025, 03:37

Qarabağ məğlub oldu.VİDEO
Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB komandasına məğlub olub.

Arasdırma.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar status-kvonu bərpa ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə "köhlən atlar" yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FKSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çaçtmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.//Cahantv.az





Paylaş
Xəbər lentİ