Bizə elə gəlir ki, pişiklərimizi tanıyırıq. Adətən onlar məkrli və xudpəsənd təsiri bağışlayırlar. Amma pişiklər heç də digər heyvanlardan daha çox xudpəsənd deyillər.
Və molekulyar genetikçilər, veterinar alimlər və heyvan davranışı mütəxəssisləri tərəfindən əldə olunan son məlumatlar da bu sevimli ev heyvanı haqqında bildiyimiz bəzi şeylərin üzərindən xətt çəkəcək. Əgər pişiyinizin böyük zəka sahibi olduğunu düşünürsünüzsə, yanıla bilərsiniz...
Birinci mif: Süd pişiklər üçün ideal qidadır
Pişiklərin süd içdiyini göstərən ənənəvi təsvir aldadıcı ola bilər. Pişiklər yağlı olduğuna görə qaymağı çox sevirlər və inəkdən yenicə sağılan və üzəri qaymaqla örtülən süd onları cəlb edir.
İkinci mif: Pişikləri təlim etmək olmur
Təəccüblü olsa da, pişiklər də itlər qədər öyrənmək qabiliyyətindədir. Demək ki, onlara da nə isə öyrətmək mümkündür.
Üçüncü mif: Pişiyi maraq öldürdü
Bu qədim deyimə görə, pişiklər o qədər hər şeylə maraqlanırlar ki, tez-tez özlərini riskə atırlar. Əslində isə çox az pişik belədir.
Dördüncü mif: Pişiklər ev heyvanlarıdır
Bioloqların tam ev heyvanı meyarlarına uyğun gələn pişik növləri Fars, Siam, Rus Blyuzu və Maine Coonlardır. Tam ev heyvanına çevrilən it növləri, donuz və damazlıq mal-qara kimi bu pişiklərin çoxalması, yemi və qayğısını sahibləri müəyyənləşdirir.
Beşinci mif: Pişiklər sahiblərinin fikrini oxuya bilir
Alimlər insandan başqa zəkası olan heyvanların varlığı barəsində fikir ayrılığına sahibdirlər. Biz "şüur nəzəriyyəsini" çətinlik çəkmədən istifadə edə bildiyimizə görə ona malik olmamağı təsəvvür etmək edə bilmirik.
Altıncı mif: İtin iybilmə duyğusu pişiyinkindən daha güclüdür
Ov itlərinin qoxuları fərqləndirmə gücü bizim nisbətən daha az həssas burnumuzdan 10 min və 100 min dəfə arası daha aşağıdır.
Yeddinci mif: Ev pişiklərinin izi 4000 il əvvələ - qədim Misirə gedib çıxır
Arxeoloji dəlillərlə ev pişiklərinin yaşını göstərmək mümkündür, amma bizim hazırkı ev pişiklərinın - DNT-si bunun daha qədim olduğunu göstərib: 5000 il əvvəl.
//BBC
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70