Ötən gün redaksiyamıza ilginc məlumat daxil olub.Belə ki,Bakı şəhər sakni, əslən Ağdam şəhərindən olan Süleyman Hümbətov adlı şəxs bir neçə vətəndaşa qarşı dələduzluq edib.
Beləki, bu dələduzluq növü digərlərindən fərqlidir və yeni bir metoddur.Odur ki,insanları maarifləndirmək üçün bu barədə araşdırma apardıq.
Adı çəkilən şəxs vətəndşlara internetdən istifadə üçün bütün provayderlərdə yarı qiymətə xidmət təklif edir və bir illik ödəniş almaqla internetin aylığı 12-13 manata olacağını vəd edir. Bundan sonra bir ay uzağıiki ay ödənişi etdikdən sonra yoxa çıxır və mobil telefonları söndürür.Vətəndaş da məcbur olur internet pulunu əvvəlki qaydada 25-28 AZN ödəsin.
Süleyman Hümbətov həm də optika işi ilə məşğuldur. Məlumata görə topdan optika şüşələri alıb satır.Bu adla da bir neçə adamdan pul alıb və malı yiyəsinə çatdırmır.Məlumatı verən mənbənin dediyinə görə hazırda dələduzluq edən Süleyman adlı şəxs Əhmədlidə Q.Nəbi küçəsində yerləşən apteklərin birində Optika şöbəsini işlədir.Lakin orada özü gözə görünmür,Həyat yoldaşını qabağa verir.Guya adam Bakıda yoxdur və harda olduğundan xəbərsizdir.
Əlavə qeyd edək ki, internet pulunun yarı qiymətə olması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində adamı var,hansı yollarlasa interneti yarı qiymətə təmin edə bilir.
Aidiyyatı qurumlara bildirirk ki,bu dələduzluğun qarşısının alınması üçün tədbir görülməsinə və araşdırma aparılmasına başlamaq lazımdır.
Süleyman Hümbətov
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70