Təəssüf ki, müasir cəmiyyətimizdə hələ də müəllimlik peşəsinə yaraşmayan qeyri-etik davranışlarla rastlaşırıq. Xüsusilə təhsil sahəsində çalışan müəllimlər öz davranış və hərəkətlərilə tələbələrə, eləcə də ətrafdakılara nümunə olmalıdır.
Ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlər saçyoldusuna çıxıb.
Arasdırma.org xəbər verir ki,bu barədə Universitetin tələbələri məlumat verib.
Hadisə 25 iyun 2025-ci il İqtisad Univeritetində 227 ci otaqda magistr diplom müdafiəsi zamanı baş verib. Müəllimlərdən Kəmalə Dadaşova diplom müdafiəsinə müdaxilə etmək istəyib. Bu zaman digər müəllim Gülnarə Məmmədova ona imtahana müdaxilə etməməsini bildirib. Qarşı tərəf kobud sözlərlə cavab qaytarıb və bundan sonra əsəblər gərginləşib Müəllimlər Mühəndislik fakultəsində tələbələrin qarşısında saçyoldusuna çıxıb. Universitetin mühafizə xidməti gəldikdən sonra biabırçılığa son qoyulub. Lakin, mənbənin bildirdiyinə görə Kəmalə müəllimə özünü ataman kimi apararaq Gülnarə Məmmədovanı təhqir edib. Tələbələrə üzünü tutaraq deyib ki, bu Unversitetdə mənə heç kim bir söz deyə bilməz .
Bu biabırçılıqdır və təhsil müəsisəsi adına ləkədir.
Xatırladırıq ki, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir”.
Həmin qaydalarda təhsilverənlər üçün qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət kimi bir sıra prinsiplər də müəyyən edilmişdir.
Redaksiya adından hörmətli nazirimiz Emin Əmrullayevə və İqtisad Universitetinin rektoru Ədalət Muradova sual edirik :
Sadə etik qaydaları pozan bir müəllim belə bir nümunəvi Universitetdə necə işləyə bilər və ya tələbələrin qarşısına çıxaraq? onlara hansı təhsil verə bilər ?
Bir daha xatırladırıq ki, Universitet rəhbərliyi, və nizam intizam üzrə prorektor Şaiq Əsgərov təhsilverən tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirməli, etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli və qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70