
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin aparılması əvəzinə şəhərdə xeyli ağac qoyqırımı törədir.
Arasdırma.org xəbər verir ki, Sumqayıt şəhərində ardı arası kəsilməyənnşikayətlər gəlməkdədir. Belə ki,yeni ağac əkimi çoc zəif həyata keçirilir, Son aylarda Sumqayıt yaşıllıq zonalarında xeyli sayda "obyekt" qyraşdırılıb. Hələ iri ağacların kökünün sementlənməsini demirik.Apardığımız araşdırmalar zamanı məlum oldu ki,tikinti şirkətləri ağına bozuna baxmadan ağaclara qənim kəsilib.Hərə bir mağaza açmaq üçün mütləq yaşıllıq zolağıa girir və məlumdur ki,oranı zəbt edərək ağac və kolları yox edir.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi isə öz işinin öhdəsindən gələ bilmir və ya bütün bunlara göz yumur. İdarənin keçmiş rəisi İlyas Həsənov işləmirdi desək, yanılmarıq.Aldı\ımız məlumata görə hazırda İlyas Həsənov təqaüdə göndərilib. Yerinə isə Mübariz müəllim keçib.ÜÜmid edirik ki,yeni rəhbər məsələyə aydınlıq gətirər.
Qeyd etmək lazımdır ki, müəllimin razılığı ilə və ya razılığı olmadan Sumqayıt və ətrafda,eləcə də Z.Tağıyev qəsəbəsində yaşıllıq ərazilərdə xeyli ticarət obyektləri qurulub.
Bundan başqa Yaşıllaşdırma İdarəsinin adı korrupsiya hallarında hallanır.Belə ki,ayrı-ayrı mətbu orqanlarda bu barədə geniş araşdırmalar aparılıb. Saxta tenderlə müxtəlif layihələrdə 200-300 min AZN pullar mənimsənilib.
(https://ayaletmedia.az/karusel/2498-lyas-hsnov-sumqayt-yalladrd-saxta-mmc-il-daha-bir-muqavil-balad.html)
Ümid edirik ki, İcra Hakimiyyəti və aidiyyatı qurumlar məsələyə münasibət bildirəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70