![]()
Son zamanlar sosial şəbəkə üzərindən geyim reklamından dələduzlar yetərincə istifadə edir.
Arasdşrma.org xəbər verir ki, redaksiyamıza vətəndaşlar şikayət edib, məsələnin ictimaiyyətləşməsini istəyib.
Şikayətçilər əsasən müxtəlif geyim və paltar üçün beh göndərir və geyimi ala bilmirlər. Təbii ki, dəfələrlə dövlət rəsmiləri, eləcədə blogerlər insanlara xəbərdarlıq edib. Lakin hələ də bəzi məlumatsız və avam vətəndaşlarımız dələduzların toruna düşür.
Araşdırma zamanı məlum oldu ki,sosial şəbəkələrdə reklam olunan brend mağazalara məxsus olan səhifələrdən götürülmüş videoları saxta profillərdə Tik-Tok və İnstaqram səhifələrində paylaşırlar. Qiyməti isə 3-4 dəfə ucuz yazırlar. Vətəndaş da ucuzluğa aldanır və tora düşür, həmən beh göndərir. Bəziləri isə paltarın tam pulunu ödəyir. Bundan sonra dələduzlar onların mobil nömrələrini blok edir. Vətəndaş da şikayət edə bilmir. Çünki dələduzlar da yaxşı bilir ki, 30-40 manata görə adam gedib polisə şikayət etməyəcək.
Odur ki, ehtiyyatlı olun.saxta reklamlara aldanmayın. Necə deyərlər : " Ucuz ətin şorbası olmaz "
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70