“Müəllim” adını daşımaqdan qürur duyur

Oxunma sayı: 147
20-11-2025, 03:33

“Müəllim” adını daşımaqdan qürur duyur
Müəllim adı həmişə ucalıq rəmzi olub. Bu uca, şərəfli adı daşımaqdan qürur duyan müəllimlərdən olan, 25 ildir pedaqoji fəaliyyət göstərən Vüsalə Qasımova nə qədər çətin, məsuliyyətli olsa da sənətindən bezmir, yorulmur. O, böyük fədakarlıqla işinin öhdəsindən məsuliyyətlə gəlir. Vüsalə müəllimə ibtidai sinif müəllimi kimi dərin və hərtərəfli biliyə malikdir. O, fəaliyyətə başladığı illərdən proqramlardan kənar bilik əldə edir, metodik elmi-nəzəri ədəbiyyatı araşdırır və işinə tətbiq edir. Şagirdlərin təkcə biliyini yox, bacarıq və vərdişlərini də qiymətləndirir. Vüsalə xanımda el-oba, vətən məhəbbəti çox böyükdür. O, hər bir dərsində uşaqların qəlbində bu hissi gücləndirir. Cəhd edir ki, onlar Vətəni sevsinlər, qorusunlar və ona layiq övlad olmağa çalışsınlar. Onunla səmimi müsahibəni təqdim edirik.
-Vüsalə xanım, ilk öncə işlədiyiniz məktəb və rəhbəri olduğunuz sinif haqında məlumat verıdiniz.
Bakı şəhəri Sabunçu rayonu 311 nömrəli tam orta məktəb şəhid Mikayılzadə Rəşad İlham oğlu adına 3 c sinfinin sinif rəhbəriyəm.
-Təhsildə gedən islahatlarla bağlı nə kimi işlər görülür?
-Təhsildə aparılan islahatları yaxından izləyir, bu dəyişiklərin uğurla həyata keçirilməsi üçün üzərimə düşən vəzifəni məsuliyətlə yerinə yetirirəm. Şagirdlərimin bilik və bacarığının inkişafına dair tədris üsullarından istifadə edirəm və onların İKT bacarıqlarının dah da yüksək inkişafı üçün əlimdən gələn güc və bacarığımdan istifadə edirəm.
-Uşaqların təlim-tərbiyəsində tədbirlərin rolu barədə nə danışardınız?
-Mən düşünürəm ki, uşaqların təlim-tərbiyəsində yalnız dərs prosesi deyil, məktəbdə keçirilən müxtəlif tədbirlər də mühüm rol oynayır. Dünyagörüşlərini artırır, ictimai fəallığını formalaşdırır, milli-mənəvi dəyərlərə yiyələnməsinə kömək edir. Bu sadaladıqlarımı şagirdlərimə aşıladıqca, mənə bir müəllim kimi
qürur verir.
-Məktəb. valideyn, müəllim şagird münasibətləri sizdə necə təşkil olunub?
-Məktəb-valideyn-müəllim-şagird münasibətləri əlbəttə qarşılıqlı hörmət və əməkdaşlıq prisnipləri əsasında təşkil olunur. Müntəzəm valideynlərlə söhbət, fərdi görüşlər aparılır. Şagidlərlə səmimi, məsuliyyətli münasibət qurur, onların maraq və bacarığına hörmətlə yanaşaraq motivasiya verirəm. Məktəb rəhbərliyinin təlimatı əsasında verilən tapşırıqları sinif şagirdlərimlə birgə yerinə yetirirəm. Sadaladığım münasibətlər şagirdin uğurlu inkişafına, təhsildə davamiyyətinə müsbət təsir göstərir.
İşlədiyiniz müddətdə hansı çətinliklə üzləşmisiniz?
-İş deyiriksə demək çətinlik də var. Ən əsası çətinliyin öhdəsindən gəlməkdir. 25 illik iş fəaliyyətim həmin çətinlikləri geridə qoyur. Düzdür. bəzən yorulursan, Amma sinfə daxil olub şagirdlərin gülərüz təbəssümünü görəndə anındaca yorğunluq yox olur. Peşəsini sevən müəllim heç bir çətinlikdən qorxmamalı, əksinə o çətinliyin üzərinə getməli, qalib gəlməlidir. Biz qalib ölkənin bacarıqlı müəllimləriyik.
-Bir müəllimə və eyni zamanda bir qadın olaraq ən böyük zəifliyiniz və ən böyük gücünüz nədir?
-Zəifliklərim mənə insan olduğumu, güclü tərəflərim isə bu yolda uğurla irəliyə biləcəyimi göstərir. Səmimiyyət olan yerdə həm qadın, həm də müəllim olmaq məsuliyyətli və dəyərli bir vəzifədir. Bu iki rol bir-birini tamamlayanda çətin, amma gözəl, qürurlu yolda zəif və güclü tərəflərimdə balans yaratmağa çalışıram. Ən böyük zəifliyim həddindən artıq emosional və vicdanlı olmağım, ən böyük gücüm isə əzmkarlığım və empatiya bacarığımdır.
-Milli-mənəvi dəyərlərimiz məktəblərdə şagirdlərə necə aşılanır?
-Milli-mənəvi dəyərlər xalqımızın kimliyinə imza atan bir sütundur. Məktəb isə bu dəyərləri yeni nəsillərə ötürən tədris ocağıdır. Milli-mənəvi dəyərlərin məktəbdə aşılanması şagirdlərin şəxsiyyət kimi formalaşmasında birbaşa mühüm rol oynayır. Biz müəllimlər bu missiyanı yüksək məsuliyyətlə yerinə yetirir, gənc nəslin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayırıq. Vətənpərvər ruhda keçirilən bayramlar, anım günləıri məktəbimizdə geniş yer alaraq qeyd edilir. Belə tədbirlər şagirdlərdə milli qürur hissini artıtırır.

“Müəllim” adını daşımaqdan qürur duyur

-Böyüməkdə olan gənc nəslə və şagirdlərinizə tövsiyyəniz.
-Gənclər gələcəyimizdir, onlara dəstək bizim vəzifə borcumuzdur. Onlara tövsiyyələrimizi əsirgəməməliyik. Hər zaman pozitiv olun, ətrafınızdakı insanlara dəyər verməyi bacarın. Qarşılaşdığınız çətinliklər sizi qorxutmasın, həvəsdən salmasın. Hədəfinizə çatmaq üçün daim çalışın. Elmlə məşğul olun - kimi tövsiyyələrimi gənclərimizin yaxşı mənada təbliğ edərək beyinlərinə həkk etdirməliyik.
-Gələcək planlarınız bardə danışardınız.
-Gələcək planlarım, bitməyən arzular, daim düşünən istəklər, qurmaq istədiyim xariqələr, daim zirvələrə doğru şüarım. Hər bir insanın özünəməxsus planları var. Təbii ki, mənim də. Bilik və bacarıqlarımı daha da artırmaq, müasir texnologiyalardan istifadə etmək. yaradıcılıq işlərimdə iri addımlarla irəliləmək, cəmiyyətə faydalı, yüksək səviyyəli şagirdlər yetişdirmək, gənc müəllimlərə dəstək olmaq və s. bitməyən arzular, istəklərimdir. İnanıram, ümid edirəm ki, bitməyən arzularım, planlarım sayəsində həm özümə, həm də cəmiyyətə faydam dəyəcək.
Zəfər günü ilə əlaqədar uşaqlar nəyi öyrəndi, tədbir keçşirdiniz?
Bildiyimiz kimi noyabr ayı Azərbaycan xalqı üçün ən qürurverici aylardan biridir. 44 günlük müharibənin son nöqtəsini qoyaraq bizə zəfər gününü yaşadan aydır. Zəfər günü sevincini bizə yaşadan Şəhidlərimiz qarşısında baş əyirik. Ali Baş Komandanımız İlham Əliyevin siyasətini alqışlayırıq, güclü ordumuzu dəmir yumruq kimi toplanan xalqımızla qürur duyuruq. Qazilərimizə Allahdan sağlıqlı ömür diləyirik. Zəfər bizim baş tacımız, Şəhidlər bizim qürur mənbəyimizdir. Əlbəttə məktəbimizdə geniş formada “Zəfər günün mübarək, Azərbaycan!” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Bizim sinif də tədbirdə yer almışdı. Vətənpərvər ruhda səslənən mahnı sədaları altında möhrəşəm rəqs edildi, şeirlər səsləndi. Şagirdlərimlə qürur duydum. Öyrətdiklərimi bir-bir səhnədə icra etdilər. Şagirdlərimin çıxışını, müəllim zəhmətini dəyərləndirən məktəbin direktoru tədbirin sonunda “Təşəkkürnamə” ilə təltif etdi bizləri. Çox sevincli idik. Həm zəfər günü sevinci, həm akt zalında toplanan məktəb ordusunun qarşısında aldığımız dəyər. Allah bizlərə bu sevinci yaşadanları daim var eləsin.

Səmimi müsahibə üçün sizə dərin təşəkkürümüzü bildirirk.

“Müəllim” adını daşımaqdan qürur duyur
“Müəllim” adını daşımaqdan qürur duyur
“Müəllim” adını daşımaqdan qürur duyur
“Müəllim” adını daşımaqdan qürur duyur
“Müəllim” adını daşımaqdan qürur duyur


Nisə Rzayeva, "Qızıl Qələm" mükafatı laureatı

Paylaş
Xəbər lentİ