Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı - O nədə ittiham olunur?

Oxunma sayı: 2
Dünən, 01:25

Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı - O nədə ittiham olunur?
Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Arasdırma.org xəbər verir ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.

Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.//bakupost

Paylaş
Xəbər lentİ