
Sözügedən Atu-nun Rektoru Yaşar Ömərov Novruz Bayramı qabağı yazdığı mükafatları müəllimlərdən zornan tələb edir...
Əldə etdiyimiz məlumatlara görə Novruz Bayramı münasibətilə ölkənin ali təhsil ocaqlarında müəllimlərə Bayram mükafatları verilir.
Həmçinin Atu-nun rektoru Yaşar Ömərov 200 manat müəllimlərə mükafat yazıbdır.
Texnologiya Universitetindən əldə etdiyimiz məlumatlara görə Rektor Yaşar Ömərov bir neçə gün olar ki, Kafedralara, Dekanatlıqlara tapşırıq verib ki, Novruz Bayramı münasibətilə maaş və mükafatlar vaxtından əvvəl ödəniləcəkdir. Ödənilən maaş və mükafatı müəllimlərdən alaraq, Dövlət Büdcəsinədən mənimsədiyi pulun qaytarılmasını birincidən tələb etdiklərindən, Y.Ömərov dilənçiliyə başlayaraq müəllimləri hədəfə götürübdür.
Xatırladaq ki, ATU-nun Rektoru Yaşar Ömərovun haqqında bir milyon beş yüz min (500 min) manat korrupsiya faktı təsdiqlənərək Gəncə Prokurorluğunda qaldırılan işin yekunlaşması, Prokurorluğun qərarı maliyyə ödənişini Dövlət Büdcəsinə qaytarmasını tələb edilir.
Buna əsaslanaraq Texnologiya Univetsitetinin Rektoru Yaşar Ömərov Universitetin rəhbər şəxslərindən və müəllim kollektivindən 500 manat pul tələbini Dekan və Kafedraların müdirlərinin öhdəliyinə qoyubdur ki, maaş və mükafatlar ödəniləndə müəllimlərdən deyilən məbləği alın mənə gətirin.
Bu gün və ötən günlər ərzində bir çox müəllimlər 500 manatı Kafedra və Dekanlara veriblər.
Məlumata görə, Texnologiya Universitetin Ümumi işlər üzrə prorektoru Rauf Bağırovun bu qanunsuz pul tələbindən xəbiri vardır.
Lakin adı çəkilən Ümumi İşlər üzrə Prorektor iş prinsiplərinə qarşı çıxır. Vəzifə öhdəliklərini işə salıb rektorun qanunsuz əməllərinin qarşısını almır.
Dövlət qurumları Atu-nun rektoru Yaşar Ömərovun qanunsuz əməllərini hara qədər göz yumacaq?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
////gundemxeber.com
PS: Bir müddət əvvəl adıçəkilən rektorun səs yazısı yayılmışdı.Bu səs yazısında Yaşar Ömərovun müəllimlərlə kobud davranışı ƏKS OLUNUR.
Həmin səs yazısını təqdim edirik:
https://bax.tv/son-xeberler/rektorun-ses-yazisi-yazildi-haminizi-pis-gune-qoyacam-164973
//gundemxeber.com
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70