Təhsil eksperti yenidən məhkəmə qarşısına çıxarılır

Oxunma sayı: 1
Bu gün, 08:50

Təhsil eksperti yenidən məhkəmə qarşısına çıxarılır
“Smart Business Qroup" şirkətinin direktoru Anar Xəlilovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.



Sarı.tv bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.



İttihama görə, A.Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət işinə xitam verilib. Ali Məhkəmə qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.



Qeyd: A.Xəlilov mətbuatda təhsil eksperti kimi tanınıb.

Paylaş
Xəbər lentİ