Plastik cərrahın əməliyyat zamanı canlı yayın açması ilə bağlı - ARAŞDIRMA BAŞLADI

Oxunma sayı: 35
17-01-2025, 09:17

Plastik cərrahın əməliyyat zamanı canlı yayın açması ilə bağlı - ARAŞDIRMA BAŞLADI
Cərrahın əməliyyat zamanı canlı yayın açması faktı araşdırılır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, məsələnin qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib.
"Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.//Bakupost

Paylaş
Xəbər lentİ