Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin Qarabağda vəziyyətlə bağlı açıqlamasını "təəssüflə" qarşılayıb və onu "həqiqəti əks etdirməyən və birtərəfli" adlandırıb.
Arasdırma.info xəbər verir ki,Rusiya Müdafiə Nazirliyi şənbə günü yaydığı məlumatda Azərbaycanı 10 noyabr bəyanatını "pozmaqda" ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını ikitərəfli əlaqələrin mahiyyətinə və bu ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə "zidd" hesab edib.
Azərbaycanın 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına sadiq olduğunu, onun heç bir müddəasını pozmadığını bildirən Müdafiə Nazirliyi bu bəyanatın 4-cü bəndinə əsasən Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən "tam olaraq çıxarılmasının indiyə qədər icra edilməməsinə" görə Ermənistanı ittiham edib.
Bundan əvvəl Ermənistan da Azərbaycanı 10 noyabr bəyanatının müddəalarını "pozmaqda" ittiham etmişdi.//BBC
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70