Pravda.az xəbər verir ki, məlumata görə, bu günlərdə Səbail rayon İcra və probasiya şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıb və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.
Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub.
Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib.
Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu rəsmi təsdiqini tapmırdı.
Amma bu günlərdə binanın qapısı icra məmurları tərəfindən möhürləməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70