Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana gəliblər.
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar çıxış edərək festival barədə məlumat verib, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Səncər çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğulayıb, “TEKNOFEST Azərbaycan” festivalının təşkilinə görə minnətdarlığını ifadə edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.
Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Sancar təqdim ediblər.
Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Səncər xatirə fotosu çəkdiriblər.
Dövlət başçılarına və Əziz Səncərə “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyələri təqdim olundu.
Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdiriblər.
Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdiriblər.
Mərasimdən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış olublar.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olub.
Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izləyiblər.
15:07
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirildiyi məkana gəliblər.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70