Səbail Rayon İcra Hakimiyyəti (RİH) “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyi ilə bağlı məhkəməyə müraciət edib.
Arasdırma.info xəbər verir ki,Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə RİH Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, icra hakimiyyəti torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70