Bu gün saxlanılan “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallıya Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
Arasdırma.info xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
O bildirib ki, Ə.Zeynallı həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə aparılıb.
Xatırladaq ki, Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70