Vəkil Elçin Sadıqov barəsində də Cinayət Məcəlləsinin 311-ci maddəsi üzrə cinayət işi başlanıb.
Baş Prokurorluğun istintaq İdarəsi tərəfindən Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib.
Yaxın dəqiqələrdə növbətçi hakim tərəfindən təqdimata baxılacaq.
Ofisində və evində axtarış aparıldıqdan sonra prokurorluğa aparılan vəkil Elçin Sadıqovdan xəbər var.
Arasdırma.info xəbər verir ki, vəkil barəsində Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bu gün saxlanılan “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallıya da eyni maddə ilə ittiham elan olunub. Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70