Qubada müstəntiq rəis təyin edildi

Oxunma sayı: 279
27-10-2022, 22:00

Qubada müstəntiq rəis təyin edildi
Quba Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

Arasdırma.info xəbər verir ki, polis kapitanı Vasif Zeynallı RPŞ-nin İstintaq Bölməsinin rəisi təyin olunub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, V.Zeynallı bu təyinatdan öncə Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi çalışıb.//milliyol

Paylaş
Xəbər lentİ