Binəli Yıldırım xəstəxanadan evə buraxıldı - Yenilənib + Foto

Oxunma sayı: 172
28-10-2022, 08:54

Binəli Yıldırım xəstəxanadan evə buraxıldı - Yenilənib + Foto
Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın Türkiyədə xəstəxanada müalicəsi davam edir.

Arasdırma.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin vitse-prezidenti Fuat Oktay öz rəsmi tviter hesabında paylaşıb.



Onun sözlərinə görə, o, xəstəxanada Binəli Yıldırım və millət vəkili Şamil Ayrıma baş çəkib: “Hər ikisinin vəziyyəti yaxşıdır, çox şükür”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.


Binəli Yıldırım xəstəxanadan evə buraxıldı - Yenilənib + Foto

“NTV” telekanalının ​məlumatına görə, Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.

Siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib:

“Avtomobil bir neçə dəfə aşdı, ağır qəza keçirdik. Hadisə nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. İki dəfə əməliyyat olundum.

Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. İki qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılaşacaq.

Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”.//qafqazinfo

Paylaş
Xəbər lentİ