AZAL Ermənistana külli miqdarda pul ÖDƏDİ – ÖZƏL

Oxunma sayı: 167
9-12-2022, 01:29

AZAL Ermənistana külli miqdarda pul ÖDƏDİ –  ÖZƏL
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın Mülki Aviasiya Komitəsinə pul ödəyib. Vətəninfo.az-ın AZAL QSC-dəki mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın Mülki Aviasiya Komitəsinə aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro ödəyib.

Məlumatda bildirilir ki, “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 2022-ci ilin Yanvar-mart ayları üçün 32 min avro ödədiyi qeyd edilir.

Qeyd edək ki, AZAL-ın bu vəsaiti Ermənistana ödəməsinin səbəbi Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməsi ilə bağlıdır.

Eyni zamanda Ermənistan da Azərbaycanın hava məkanından isitfadə etdiyi üçün ödənişlər həyata keçirir.

Paylaş
Xəbər lentİ