Nazim İbrahimovun qardaşının şirkəti məhkəməyə verildi

Oxunma sayı: 185
23-12-2022, 18:54

Nazim İbrahimovun qardaşının şirkəti məhkəməyə verildi
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, ATV-nin sabiq prezidenti Tağı İbrahimovun şirkəti olan "Nehrəm Holdinq Kompani” MMC və onun qanuni təmsilçisi Əli Əliyev məhkəməyə verilib.

Arasdırma.info xəbər verir ki, iddiaçı "MM Park” MMC, Qurbanov Şahlar Kamran oğlu və Əliyev Zaur Əli oğlu adlı vətəndaşlardır. İddia Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin icraatındadır. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

"Nehrəm Holdinq Kompani” MMC 20 oktyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. 22 dekabr 2020-ci ildə şirkətin reyestr məlumatlarına dəyişiklik edilib. Güman ki, bu dəyişikliklə Əli Əliyev MMC-nin qanuni təmsilçisinə çevrilib.

İddiaçılara gəlincə, "MM Park” MMC barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. //qaynarinfo

Paylaş
Xəbər lentİ