PREZİDENT 2 MÜAVİNİ VƏZİFƏDƏN AZAD ETDİ - Gömrük Komitəsində ciddi dəyişikliklər

Oxunma sayı: 168
28-12-2022, 20:39

PREZİDENT 2 MÜAVİNİ VƏZİFƏDƏN AZAD ETDİ - Gömrük Komitəsində ciddi dəyişikliklər
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.


Qeyd edək ki, Əsgər Abdullayev 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. Əsgər Abdullayev 1980-cı ildə orta təhsilini Nehrəm kəndindəki məktəbdə alı. O, ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alıb.


Əsgər Abdullayev gömrük orqanlarındakı fəaliyyətinə 1985-1996 –cı illər ərzində Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı olaraq başlayıb, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrinə qədər yüksəlib.

Bundan sonra, 1996-2006-cı illər ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi və İdarə rəisi vəzifələrində çalışıb. 2006-cı il iyunun 21-də Prezident İlham Əliyəvin imzaladığı sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin daha bir müavini - İqbal Babayev də bu gün vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Paylaş
Xəbər lentİ