İnsan Haqları Evi Fondu hazırda həbsdə olan fəallar Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azad etməyə çağırıb.
Arasdırma.info xəbər verir ki, bu barədə təşkilatın rəsmi "Tvitter" hesabında məlumat verilib.
"Tanınmış azərbaycanlı fəal Tofiq Yaqublu dekabrın 23-də dinc şəkildə Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb etdiyinə görə həbs edilib. Yanvarın 5-dən etibarən aclıq aksiyası keçirdiyinə görə onun vəziyyəti pisləşib. Biz onu dərhal azad etməyə və bütün ittihamları götürməyə çağırırıq", - deyə məlumatda bildirilib.
Təşkilat "Bəxtiyar Hacıyevə qarşı siyasi motivli ittihamdan da narahat olduğunu diqqətə çatdırıb.
"Azərbaycan hakimiyyətini onu dərhal azadlığa buraxmağa çağırırıq", - deyə təşkilatdan bildirilib.
Bu gün ABŞ Dövlət Departamenti də Azərbaycan hakimiyyətini Tofiq Yaqublu və Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırmışdı.
Bəxtiyar Hacıyev dekabrın əvvəllərində saxlanılıb. O, "xuliqanlıqda" və "məhkəməyə hörmətsizlikdə" ittiham olunur. Hüquq müdafiə təşkilatları onun həbsini siyasi motivli hesab edir.
Tofiq Yaqublu isə dekabrın 23-də Bakının mərkəzində Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb. Bu gün o, altı gündür ki, aclıq edir və onun həyat yoldaşı və digər fəallar həmrəylik əlaməti olaraq ona qoşulublar.//toplum
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70