Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub.
APA-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçirilib.
Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir.
Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.
Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.
Bunun ardınca komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüşü olacaq.
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub.
Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.
11:38
“Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək”.
Bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real” TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər:
“Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və təklifləri hazırlayacaq”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70