İcra Hakimiyyətinin tenderi niyə ləğv edilib?

Oxunma sayı: 190
6-07-2023, 02:43

İcra Hakimiyyətinin tenderi niyə ləğv edilib?
Şirvan Şəhər İcra Hakimiyyətinin 2023-cü ildə Şirvan şəhərində abadlıq işlərinin layihə smeta sənədlərinin hazırlanması ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin nəticəsi ləğv edilib.

Arasdırma.info xəbər verir ki, müsabiqənin qalibi “Eeverst Tikinti Layihə” MMC olmuşdu. Lakin şirkətin təqdim edilməmiş bəyannaməsinin olduğu müyyən edilib. Bu baxmdan, müsabiqənin nəticəsi ləğv olunub.

Ləğv qərarı “Dövlət satınalmaları haqqında” Qanunun 11.2-ci maddəsinə istinadən qəbul edilib.

Həmin maddədə qeyd edilir:

Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:

tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;

tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;

tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.

Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.
Qərarda ikinci hal - tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda - əsas götürülüb.//hit.az

Paylaş
Xəbər lentİ