Sabiq nazirin hakimliyi bitdi

Oxunma sayı: 149
11-08-2023, 08:25

Sabiq nazirin hakimliyi bitdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.

Arasdırma.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Məhəmməd Əkbərovun icraatında olan sonuncu cinayət işi üzrə hökm oxunub.

O, yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

Paylaş
Xəbər lentİ