Rəis təqdimat verdi, nazir 3 nəfəri işdən çıxardı

Oxunma sayı: 149
30-08-2023, 21:41

Rəis təqdimat verdi, nazir 3 nəfəri işdən çıxardı
Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.

Arasdırma.info xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmrlər imzalayıb.


Əmrlərə əsasən, Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar xidmətin Təchizat idarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.

Paylaş
Xəbər lentİ