Yeni rabitə və yeni texnologiyalar naziri təyin edildi

Oxunma sayı: 144
9-09-2023, 07:27

Yeni rabitə və yeni texnologiyalar naziri təyin edildi
Naxçıvan Muxtar Respublikasında yeni rabitə və yeni texnologiyalar naziri təyin edilib.
Arasdırma.info xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyin olunub.
Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.//bakupost

Paylaş
Xəbər lentİ