Azərbaycanda xidmət rəisi İŞDƏN ÇIXARILDI

Oxunma sayı: 99
1-08-2024, 07:15

Azərbaycanda xidmət rəisi İŞDƏN ÇIXARILDI
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
Arasdırma.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin eyni tarixli digər Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə olunub.//report

Paylaş
Xəbər lentİ