Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirib.
Arasdırma.info xəbər verir ki, məlumata görə, keçirilmiş əməliyyat və aparılan araşdırma çərçivəsində plastik cərrah kimi fəaliyyət göstərmiş Sevinc Heydərova, Vüsal Abdullayev, Elçin Zadanov və Rəfiqə Kərimli saxlanılıb.
Bundan başqa Səhiyyə Nazirliyində keçirilən əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.
Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.//lent.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70