Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.
Arasdırma.info xəbər verir ki, bu barədə işdən azad olunan əməkdaşlardan biri məlumat verib.
O bildirib ki, analıq məzuniyyətində olan, həmçinin şəhid ailəsinin üzvü olan əməkdaşlar da qurumdan çıxarılandan sonra işlə təmin edilməyiblər:
"Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi 1978-ci ildə yaradılıb, 2022-ci ilə qədər öz axarında işini davam etdirirdi. İdarə daha sonra Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birləşdirildi. İdarənin adı da Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi oldu. Lakin idarə 2024-cü ilin avqust ayında ləğv edildi. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi onun tərkibindən ayrıldı, Hidrogeoloji-Meliorativ Xidmət isə tək qaldı.
Su Ehtiyatları Agentliyi yaradıldıqda onun nəzdində Su Meliorasiya qurumu və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi fəaliyyət göstərirdi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi isə Su Meliorasiya qurumunun daxilində idi, çünki biz də yeraltı sulara nəzarət edirdik. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi baş idarə olduqdan sonra 2024-cü ilin dekabrın 29-da Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edildi. O, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsinin tabeliyinə verildi. Təhvil-təslim işləri görüldü. İşçilərin isə işinə xitam verildi.
İndi isə SEDAM MMC adlı yeni idarə yaradılıb".//Cahantv.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70