Ölkənin yeni hərbi prokuroru kimdir? - DOSYE

Oxunma sayı: 15
14-05-2025, 23:09

Ölkənin yeni hərbi prokuroru kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bəs Bəhruz Əhmədov kimdir?

News24.az xəbər verir ki, Əhmədov Bəhruz Vidadi oğlu 1984-cü ildə anadan olmuşdur.

2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilmişdir.

Uzun müddət çətin relyefli ərazilərdə və cəbhə bölgələrində, birbaşa təmas xəttində xidmət etmişdir.

Qarabağ Hərbi Prokurorluğunda və Hərbi Prokurorluğun İstintaq İdarəsində müxtəlif vəzifələrdə xidmət etdikdən sonra Qazax hərbi prokuroru, 2020-ci ilin iyul ayında isə İstintaq İdarəsinin rəisi vəzifələrinə təyin olunmuşdur.

Həm II Qarabağ müharibəsində, həm də digər döyüş əməliyyatlarında Hərbi Prokurorluğun fəaliyyət istiqamətləri üzrə yaxından iştirak etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xidməti müddətində həmçinin "Şücaətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Qüsursuz xidmətlərə görə" medalları, "Prokurorluğun fəxri işçisi" döş nişanı və digər çoxsaylı dövlət təltiflərinə, həmçinin mükafatlandırma tədbirlərinə layiq görülmüşdür.

2020-ci ilin oktyabr ayından etibarən ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.

Xidmətində uğurlar arzulayırıq!

Paylaş
Xəbər lentİ