Qəbələdə 20 yanvar şəhidlərinin xatirəsi anıldı

Oxunma sayı: 28
20-01-2026, 17:58

Qəbələdə 20 yanvar şəhidlərinin xatirəsi anıldı


Bu gün Azərbaycanda 20 yanvar faciəsinin ildönümüdür.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz bir il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi Qanlı Yanvar faciəsindən artıq 35 il ötür. Bu faciəni azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, habelə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin davamı kimi qiymətləndirə bilərik. 20 Yanvar xalqımızın ömürlük yaddaşına həkk olunmuş və bağışlanılması mümkün olmayan bir hadisədir.

20 yanvar günü Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ölkəmizin azadlığı və müstəqilliyi naminə böyük bir ordunun, ağır texnika və artileriyanın qarşısına əliyalın çıxan Azərbaycan oğul və qızları 20 yanvar hadisəsində bir daha xalqımızın mərd, qorxmaz və şüacətli olduğunu nümayiş etdirmiş, özlərinin həlak olacaqlarını bilə-bilə vətənin qorunması üçün geri addım atmadan öz canlarını fəda etmişlər.

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisəsinə xüsusi diqqəti sayəsində onun Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutumuş, həmin hadisə zamanı həlak olan şəhidlərin ailələrinə xüsusi diqqət və qayğısını hər zaman nümayiş etdirmişdir.

Ölkə başçısının tapşırığı ilə Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Bundan başqa, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşmış, həmçinin Prezidentin “20 Yanvar” şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Eyni zamanda cənab Prezidentin diqqət və qayğısı nəticəsində ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil və 100-ədək avtomobil təqdim edilmişdir.

Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 yanvar hadisəsi təkcə ölkəmizdə yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir. Bu hal isə bir daha Azərbaycan xalqını, eləcə də Qəbələ ziyalılarının birliyini, həmrəyliyini və ölkəmizə bağlılığını təcəssüm etdirir.

Xanım Rüstəmova, Qəbələ rayon , Yemişanlı kənd orta məktəbin ibtidai sinif müəllimi.

Paylaş
Xəbər lentİ