Eşqi Bağırov: Yaxın günlərdə şagird davranış qaydaları bütün məktəblərdə tətbiq olunacaq

Oxunma sayı: 17
16-09-2025, 08:33

Eşqi Bağırov: Yaxın günlərdə şagird davranış qaydaları bütün məktəblərdə tətbiq olunacaq
Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumi təhsil müəssisələrində tətbiqinə başlanılacaq.

Arasdırma.org xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu günə qədər qaydalar 300 ümumi təhsil müəssisəsində tətbiq edilib. E.Bağırov yeni qaydalara misal kimi şagirdlərə tədris vaxtı telefon vasitələrindən istifadəyə qadağanı göstərib.

Paylaş
Xəbər lentİ