Nazir yeni prorektor təyin etdi

Oxunma sayı: 14
26-11-2025, 22:26

Nazir yeni prorektor təyin etdi
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.



Arasdırma.org modern.az-a istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.



Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.



O bu gün universitet kollektivinə təqdim edilib.



Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.

Paylaş
Xəbər lentİ