Gürcü batalyonu Ukraynada Rusiya əleyhinə vuruşur - VİDEO

Oxunma sayı: 208
25-03-2022, 23:55

Gürcü batalyonu Ukraynada Rusiya əleyhinə vuruşur - VİDEO
Kiyev vilayətinin İrpen şəhərində Beynəlxalq Legionun gürcü döyüşçüləri Rusiya hərbçilərindən təmizlik işləri aparır, küçələr və binalarda onların olub-olmadığını yoxlayır.

Arasdırma.info xarici mediaya istinadla bildirir ki, “YouTube”da Ukraynanın “qəhrəman şəhəri”nin təmizlənməsini əks etdirən video yayılıb.

Kadrlardan görünür ki, döyüşçülər Kiyev yolunda Rusiya hərbçilərinin başının bəlasının birinə çevrilmiş İrpendədir.

Xatırladaq ki, martın 24-də Ukrayna prezidenti Vladimir Zelenski İrpenə, eləcə də Buça, Nikolayev və Axtırkaya “qəhrəman şəhərlər” adı verib.

Paylaş
Xəbər lentİ