Səhiyyə naziri həbs edildi - Azərbaycandan pulsuz vaksinlər alınsa da...

Oxunma sayı: 209
2-06-2022, 23:06

Səhiyyə naziri həbs edildi - Azərbaycandan pulsuz vaksinlər alınsa da...
Korrupsiyada ittiham olunan Qırğızıstanın səhiyyə naziri saxlanılıb.

Arasdırma.info xəbər verir ki, nazir Alımkadır Beyşenaliyev koronavirusa qarşı vaksinlərin pulunu mənimsəməkdə şübhəli bilinir.

Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doz vaksin alınıb.

Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Paylaş
Xəbər lentİ