Rusiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilədə iştirakını dayandırıb.
Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
Adıçəkilən müqavilə Rusiya ilə ABŞ arasında 2010-cu ilin aprelin 8-də imzalanıb.
Müqavilə hər bir tərəfin strateji hücum silahlarını azaltmasını və məhdudlaşdırmasını nəzərdə tutur. Razılaşmaya əsasən qitələrarası ballistik raketlərin sayı 700 ədəd, nüvə başlıqlarını 1550 ədədə qədər azaldılmasını nəzərdə tuturdu.//hurriyet.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70