Vidadi Mərdanov sosial şəbəkədə mübahisə etdiyi şəxslər tərəfindən güllələndi

Oxunma sayı: 169
22-02-2023, 08:41

Vidadi Mərdanov sosial şəbəkədə mübahisə etdiyi şəxslər tərəfindən güllələndi
Dağıstanda qrappling və ciu-cuitsu ulduzu Vidadi Mərdanov güllələnib.

Arasdırma.info xəbər verir ki, 36 yaşlı dünya çempionu bu gün səhər saatlarında naməlum şəxslərlə danışmaq üçün Qaqarin küçəsindəki evdən çıxıb. O, sosial şəbəkələrdə mübahisə etdiyi şəxslərlə məsələni aydınlaşdırmaq istəyib.

Hücum edənlər dünya çempionunu güllələyiblər.

İndi polis 27 və 23 yaşlı iki kişini axtarır. Onların "Lada Priora” ilə hadisə yerindən uzaqlaşdıqları qeyd olunur.//baku.vs

Paylaş
Xəbər lentİ