Zelenski və Makronun bir saatlıq telefon danışığı olub

Oxunma sayı: 164
1-04-2023, 21:32

Zelenski və Makronun bir saatlıq telefon danışığı olub
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında bir saat davam edən telefon danışığı olub.

Arasdırma.info xəbər verir ki, bu barədə Prezident Zelenski tviter hesabında yazıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna və Fransa arasında müdafiə sahəsində səmərəli qarşılıqlı əlaqələri müzakirə ediblər.

"Mən cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulasının həyata keçirilməsi üçün gələcək addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq", - Ukraynanın dövlət başçısı qeyd edib.

Paylaş
Xəbər lentİ