Rusiyada helikopter və hərbi təyyarələrin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

Oxunma sayı: 172
14-05-2023, 08:05

Rusiyada helikopter və hərbi təyyarələrin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
Bu gün Rusiyanın Bryansk vilayətində Mi-8 helikopterlərinin və Su-34 və Su-35 hərbi təyyarələrinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Arasdırma.info "Baza" telegram kanalına istinadən xəbər verir ki, Klin rayonunda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində hər üç ekipaj üzvü həlak olub.

İkinci Mi-8 helikopterinin Uneçski rayonunda qəzaya uğramasından sonra döyüş maşınının daha üç ekipaj üzvü həlak olub.

Nijnyaya kəndində Su-34 qırıcı-bombardmançı təyyarəsinin iki pilotu həlak olub.

Suretski muravey kəndində qəzaya uğrayan Su-35 qırıcısının pilotu da ölüb.

Qeyd edək ki, bu, rəsmi olaraq təsdiqlənməsə də, teleqram kanalları vasitəsilə vurulan helikopter və döyüş təyyarələri ilə bağlı məlumatlar yayılıb.//report

Paylaş
Xəbər lentİ