“Avroviziya”nın qalibi İsveç oldu.VİDEO

Oxunma sayı: 187
14-05-2023, 20:11

“Avroviziya”nın qalibi  İsveç oldu.VİDEO
İsveç Böyük Britaniyanın Liverpul şəhərində keçirilən "Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.

Arasdırma.info xəbər verir ki, İsveçi məşhur ifaçı Loreen "Tattoo” mahnısı ilə təmsil edib.

Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.

Beləliklə, İsveç artıq 7-ci dəfə Avropanın əsas mahnı müsabiqəsinin qalibi olub.

Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər. Maksimum olan 12 xalı isə İsrail təmsilçisinə layiq görüblər. Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.

Paylaş
Xəbər lentİ