İsveç və Finlandiyada türklər Kılıçdaroğluna səs verib.

Oxunma sayı: 170
15-05-2023, 02:36

İsveç və Finlandiyada türklər Kılıçdaroğluna səs verib.
NATO-ya üzv olmaq tələbləri ilə gündəmə gələn İsveç və Finlandiyada seçki qutusundan nə çıxdı?
Bildiyiniz kimi Rusiyanın Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etdilər. Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib, lakin İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar hələ də davam edir.
Arasdırma.info türk mediasına istinadən xəbər verir ki,Finlandiyada səslərin 23,02 faizi prezident Ərdoğana, 1,11 faizi Məhərrəm İncəyə, 73,49 faizi Kamal Kılıçdaroğluna, 2,38 faizi Sinan Oğana verilib.
İsveçdə səslərin 44,17 faizi prezident Ərdoğana, 1,67 faizi Məhərrəm İncəyə, 51,67 faizi Kamal Kılıçdaroğluna, 2,50 faizi Sinan Oğana verilib.

Paylaş
Xəbər lentİ