Zelenski Baxmutun işğalını təsdiqlədi

Oxunma sayı: 167
21-05-2023, 12:04

Zelenski Baxmutun işğalını təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.

Arasdırma.info xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.

“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb./olke.az

Paylaş
Xəbər lentİ