“BU ÖLKƏLƏRİ İŞĞAL EDƏCƏKLƏR...” – Türk ekspert ABŞ və İsrailin planları barədə + VİDEO

Oxunma sayı: 161
20-10-2023, 17:16

“BU ÖLKƏLƏRİ İŞĞAL EDƏCƏKLƏR...” – Türk ekspert ABŞ və İsrailin planları barədə + VİDEO
Məlum olduğu kimi, ABŞ HƏMAS-ın İsrailə hücumundan sonra iki avidaçıyıcı gəmisini Şərqi Aralıq dənizinə göndərib.

Arasdırma.info xəbər verir ki, türkiyəli tanınmış hərbi ekspert Cihat Yaycı qatıldığı televiziya proqramlarından birinin efirində ABŞ-ın bu addımı ilə bağlı maraqlı açıqlamalar verib.


Ekspert ABŞ və İsrailin Yaxın Şərqlə bağlı bir neçə planının olduğunu deyib: “ABŞ bölgəyə iki aviadaşıyıcı gəmisini göndərib. Bu, 300-ə yaxın döyüş təyyarəsi deməkdir. Sual yaranır ki, Qəzzada HƏMAS-ın hava qüvvələri varmı? Quru qoşunları varmı? Dəniz qüvvələri varmı? İsrailin yetərli sayda hava, quru və dəniz qüvvələri olduğu halda, ABŞ aviadaşıyıcıları niyə bölgəyə gəlib? Bu bölgədəki bütün dövlətlərin heç bu qədər müasir döyüş təyyarəsi yoxdur. Belə görünür ki, İsrail Qəzza zolağının bir hissəsini, ya da tamamilə hamısını işğal edəcək. Digər tərəfdən, Livanın bir qismini ““Hizbullah” hücum edir” bəhanəsi ilə işğal edəcək. Eyni zamanda, “Suriyadan İsrailə artilleriya zərbələri endirilir” bəhanəsi ilə də Suriyanın cənubunu işğal edəcək. ABŞ isə məhz bu döyüş təyyarələri ilə İsrailə köməklik göstərəcək”.

Onun sözlərinə görə, ABŞ-ın aviadaşıyıcılarını regiona göndərməsinin digər səbəbi də Türkiyənin Suriyadakı hava hərəkatıdır: “ABŞ bunun əleyhinə olduğunu dedi. Bundan başqa, YPG/PKK-ya da dəstək verəcəklərini dedilər. Bu dəstəyi PUA-mızı vurmaqla bir daha bəyan edən ABŞ Türkiyənin hava əməliyyatlarına buraya gətirdiyi çox böyük hava gücü ilə mane ola bilərmi? Sual budur”.

Paylaş
Xəbər lentİ