Türkiyədə dəhşətli hadisə baş verib.
Arasdırma.info bildirir ki, evli və 3 uşaq atası Binəli Karanın (54) və sevgilisi olduğu iddia edilən Güllü Özcanın (51) idarə etdiyi servis maşını İstanbulun Pendik qəsəbəsində yol kənarında dayanıb. Kara avtomobildə mübahisə etdiyi Özcana atəş açaraq intihar edib.
Özcan hadisə yerində, ağır yaralanan Kara isə xəstəxanada dünyasını dəyişib. Polis qrupları Kara və Özcanın telefonlarına baxış keçirib. Hadisə zamanı B.Karanın qardaşını axtardığı müəyyən edilib.
Polis əməkdaşları B.Karanın böyük qardaşı ilə danışıqlar aparıb. O bildirib ki, qardaşı ilə sonuncu dəfə telefonla danışanda "Bu qadın mənim ailəmi məhv etdi. Mən onu öldürdüm. Dedi ki, indi özümü öldürəcəm"-dediyini bildirib.
Bir müddət əvvəl həyat yoldaşından ayrılan Güllü Özcanla Binəli Kara ilə münasibətdə olduğu, Karanın həyat yoldaşının vəziyyətdən xəbərdar olduğu zaman onu evdən qovduğu və Karanın bu vəziyyətə görə Özcanın məsuliyyət daşıdığı bildirilib.//32gun
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70