İtaliya A seriyası: "Atalanta" "Milan"ı məğlub etdi

Oxunma sayı: 39
7-12-2024, 03:21

İtaliya A seriyası: "Atalanta" "Milan"ı məğlub etdi

İtaliya A Seriyasının 15-ci turunda "Atalanta" "Milan"ı qəbul edib.
Arasdırma.info xəbər verir ki, məlumata görə, qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
12-ci dəqiqədə "Atalanta"nın yarımmüdafiəçisi Şarl De Ketelare hesabı açıb. "Milan"ın cavab qolunu 22-ci dəqiqədə Alvaro Morata vurub. 87-ci dəqiqədə Ademola Lukman ev sahiblərinin qələbəsini təmin edib.
"Atalanta" bu qələbədən sonra 34 xalla liderliyə qalxıb. "Milan" 22 xalla yeddinci yerdədir.

Paylaş
Xəbər lentİ