SON DƏQİQƏ
İdman

"Monako" PSJ oyununda 6 qol vuruldu

"Monako" PSJ oyununda 6 qol vuruldu
Fransa Liqa 1-də 16-cı turun mərkəzi qarşılaşması başa çatıb.

Arasdırma.info xəbər verir ki, turnir cədvəlində ilk iki pilləni tutan komandalar - PSJ və "Monako" üz-üzə gəliblər.

Knyazlığın ərazisindəki II Lui adına stadionda baş tutan matç qonaqların qələbəsilə yekunlaşıb. Meydan sahibləri 2, paytaxt təmsilçiləri isə 4 dəfə fərqləniblər - 2:4.

Bu nəticədən sonra PSJ 40 xalla liderliyini möhkəmləndirib. "Monako" isə üçüncü pilləyə düşərək Paris klubundan 10 xal geri qalır.//Cahantv.az
REKLAM · 728 × 90