İcra başçısının 26 minə plaş aldığı deyilirdi - Qiyməti özü açıqladı

Oxunma sayı: 17
10-12-2025, 22:40

İcra başçısının 26 minə plaş aldığı deyilirdi - Qiyməti özü açıqladı
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun balıq festivalında geyindiyi plaş sosial şəbəkədə müzakirələrə səbəb olub.

Arasdirma.org xəbər verir ki, icra başçısının üst geyiminin “Hugo Boss Burberry” brendinə məxsus olduğu qeyd olunub.

İddiaya görə, geyimin qiyməti təxminən 26 min AZN civarındadır.

Mirhəsən Seyidov yayılan xəbərlərə belə aydınlıq gətirib:

“Birincisi, “Hugo Boss Burberry” adlı marka olduğunu ilk dəfədir eşidirəm. İkincisi, bu plaşı üç il bundan qabaq 350 manata almışam. Digər tərəfdən isə bunu yayan yoldaşları rayonumuza dəvət etmək istəyirəm ki, gəlib Neftçalada artan iqtisadi gücü, zəhmətkeşlərimizi işıqlandırsınlar”.//qafqazinfo

Paylaş
Xəbər lentİ